Azərbaycan nümayəndə heyəti Avropa Badminton Konfederasiyasının illik iclasında iştirak edir
Maltanın paytaxtı Valettada Avropa Badminton Konfederasiyasının illik iclası davam edir. Konqresdə ölkəmizi Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov, vitse-prezident Aynur Səmədova və baş məşqçi Morteza Validarvi təmsil edirlər.

İclasın ilk günündə T.Ziyadov Dünya Badminton Federasiyasının prezidenti Pol-Erik Xöyer Larsenlə görüşüb. Görüş zamanı Azərbaycanda badmintonun inkişafı, iki qurum arasında qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb. Dünya Badminton Federasiyası ilə birgə əməkdaşlığın nəticəsi olaraq ölkəmizin 5 regionunda həyata keçirilən "Shuttle Time" proqramı ilə bağlı ətraflı məlumat verilib.

Tədbirin ilk günündə Azərbaycanda həyata keçirilən "Shuttle Time" proqramı Aynur Səmədova və Morteza Validarvi tərəfindən nümunəvi layihə olaraq təqdim olunub.

İclasa bu gün yekun vurulacaq.

Xəbər 449 dəfə oxundu.