Bu gün Azərbaycan Premyer Liqasında XXII tura start veriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura start veriləcək.

İlk oyun günündə iki görüş keçiriləcək.

Turun açılış matçı Şamaxıda gerçəkləşəcək. Şəhərin eyniadlı komandası son çempion "Neftçi"ni qəbul edəcək. Bu, bölgə təmsilçisinin yeni adla çempionatda ilk matçı olacaq.

Hazırda "Neftçi" 38 xalla 2-ci, "Şamaxı" 20 xalla 6-cı pillədə qərarlaşıb. Görüş tərəflərin ölkə çempionatlarındakı 70-ci oyunu olacaq. Əvvəlki 69 qarşılaşmanın 38-də paytaxt klubu, 16-da meydan sahibləri qələbə qazanıblar. Topların nisbətində də "ağ-qaralar"ın aşkar üstünlüyü var - 111:67.

Günün ikinci matçı paytaxta olacaq. İyirmi doqquz xalla turnir cədvəlində 5-ci sırada yer alan "Sabah" 36 xalla 3-cü pillədə qərarlaşan "Zirə"ni qəbul edəcək. Komandalar arasında Premyer Liqada keçirilən 14 qarşılaşmanın 5-də meydan sahibləri, 4-də "qartallar" meydanı 3 xalla tərk ediblər. Topların nisbəti bərabərdir - 19:19.

Xəbər 242 dəfə oxundu.