“FourFourTwo”: Lionel Messi əsrin ən yaxşı futbolçusu seçilib
XXI əsrin ən yaxşı futbolçularının siyahısı açıqlanıb.

“FourFourTwo” nəşri 100 ən yaxşı oyunçudan ibarət reytinq siyahısı açıqlayıb.

Argentinalı Lionel Messi əsrin ən yaxşısı olub. O, portuqaliyalı Kriştiano Ronaldonu arxada qoyub. İlk “üçlüy”ü ispaniyalı Andres İnyesta qapayıb.

İlk onluqda Xavi (İspaniya), Ronaldinyo (Braziliya), Zinəddin Zidan (Fransa), Tyerri Anri (Fransa), Manuel Noyer (Almaniya), Kaka (Braziliya) və Luis Suares (Uruqvay) yer alıblar.

Xəbər 346 dəfə oxundu.