Xüsusi Olimpiyaçı oğlanlar arasında futbol yarışı keçiriləcək
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə aprelin 23-24-də Şağan Olimpiya İdman Kompleksində əqli və sağlamlıq imkanları məhdud oğlanlar arasında futbol yarışı keçiriləcək.

Turnirdə xüsusi internat, tam və inklüziv orta məktəblərin və sosial müəssisələrin şagirdləri, məzunları, eyni zamanda, ailələrdən olan idmançılar iştirak edəcəklər. Yarış “UNIFIED Sports” (İnklüziv birləşmiş idman komandası) proqramına uyğun təşkil ediləcək. Turnirə 100-ə yaxın idmançı qatılacaq.

Xəbər 230 dəfə oxundu.