AFFA-da icraçı vitse-prezident vəzifəsi ləğv olunacaq
AFFA-da icraçı vitse-prezident vəzifəsi ləğv olunacaq.

Bunu AFFA-nın baş katibi Sərxan Hacıyev aprelin 21-də jurnalistlərə açıqlamasında deyib.

Baş katib bildirib ki, bu məsələyə İcraiyyə Komitəsinin qarşıdakı iclasında baxılacaq. Hazırda AFFA-nın icraçı vitse-prezidenti vəzifəsini Elxan Məmmədov yerinə yetirir. O, mayın 1-dən FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsində fəaliyyətə başlayacaq.

Xəbər 301 dəfə oxundu.