Şəhriyar Məmmədyarov Çempionlar Turunun “Oslo Esports Cup” mərhələsində iştirak edəcək
Aprelin 22-də Çempionlar Turunun “Oslo Esports Cup” mərhələsinin yarışları start götürəcək.

Nüfuzlu turnirdə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov da iştirak edəcək. Şahmatçımızla yanaşı, yarışa hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen, Yan Kşiştov Duda (Polşa), Niderland təmsilçiləri Aniş Giri, Yorden Van Forrest, Hindistan şahmatçısı Praqnanandha Rameşbabu, vyetnamlı Le Quanq Liyem, kanadalı Erik Hansen qatılacaqlar.

Hər turda iştirakçılar rapid üzrə (15 dəqiqə +10 saniyə) 4 partiyadan ibarət matçda mübarizə aparacaqlar. Turnir aprelin 28-dək davam edəcək.

Xəbər 494 dəfə oxundu.