Göygöl rayonunda kross qaçışı üzrə yaz çempionatının qalibləri müəyyənləşib
Göygöl rayonunda keçirilən kross qaçışı üzrə Azərbaycan çempionatına yekun vurulub.

Çempionatda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən ezam olunan Bakı yığma komandası ilə yanaşı, Azərbaycan Triatlon Federasiyası, Təhsil Respublika İdman Mərkəzi, Təhsil-1, Təhsil-5, Abşeron, Sumqayıt, Qobustan, Gəncə, Bərdə, Şəmkir, Balakən, Ağdaş, Naftalan, Gədəbəy, Qax, Tovuz və digər komandaları təmsil edən 300-ə yaxın idmançı mübarizə aparıb.

Ümumi komanda hesabında Bakı komandası ölkə çempionu adına layiq görülüb. Şəmkir komandası ikinci, Gəncə komandası isə üçüncü olub.

Şəxsi hesabda isə kişilər və oğlanlar arasında 10 kilometr məsafədə Elman Abışov (Bakı), 6 kilometr məsafədə İsgəndər Əsgərov (Gəncə), 3 kilometr məsafədə Murad Məmmədov (Qobustan), 2 kilometr məsafədə Elgün Vəliyev (Bərdə) qalib olublar. Qadınlar və qızlar arasında 6 kilometr məsafədə Anna Yusupova (Bakı), 4 kilometr məsafədə Aydan Alışova (Bakı), 2 kilometr məsafədə Aysu Abbasova (Naxçıvan), 1 kilometr məsafədə Emiliya İsgəndərova (Bakı) birinci yeri tutublar.

Xəbər 259 dəfə oxundu.