Qax Olimpiya İdman Kompleksində təlim-məşq toplantısı keçirilir
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin pauerliftinq idman növü üzrə milli komandası baş məşqçi İlqar İbişovun rəhbərliyi ilə aprelin 21-dən mayın 1-dək Qax Olimpiya İdman Kompleksində keçirilən təlim-məşq toplantısında iştirak edir.

Təlim-məşq toplantısı milli komandanın fiziki hazırlığının artırılması və növbəti yarışlara hazırlıq məqsədi daşıyır.

Xəbər 325 dəfə oxundu.