Azərbaycanın beynəlxalq dərəcəli voleybol hakimi Zaur Hacıyev növbəti təyinat alıb | |
Azərbaycanın beynəlxalq dərəcəli voleybol hakimi Zaur Hacıyev növbəti təyinat alıb. O, 21 - 24 apreldə Türkiyənin Bursa şəhərində keçiriləcək 17 yaşadək qızlar arasında Avropa çempionatının A qrupunun oyunlarını idarə edən referilərdən biri olacaq. Z.Hacıyevlə yanaşı, yunanıstanlı Nikolas Angelidis, litvalı Audrius Qarqasas və serbiyalı Svetlana Zotoviç bu qrupda ədaləti qoruyacaq. Qeyd edək ki, A qrupunda Türkiyə, Albaniya, Macarıstan və Ukraya voleybolçuları çıxış edəcəklər. |
|
Xəbər 361 dəfə oxundu. |
|
|