Bu gün ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı start götürəcək
Bu gün - aprelin 9-da Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında kişilər və qadınlar arasında Azərbaycan çempionatı start götürəcək.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 100-dən çox idmançı medallar uğrunda mübarizə aparacaq.

Turnirin keçirilməsində məqsəd ağırlıqqaldırma idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafına dəstək verilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, yarış təcrübəsinin zənginləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət yığma komandaların heyətinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlığın təmin olunmasıdır.

Yarış iki gün davam edəcək.

Xəbər 649 dəfə oxundu.