Kapoeyra üzrə açıq Bakı kuboku yarışında 100-dən artıq idmançı iştirak edəcək
Aprelin 24-də Azərbaycan Texniki Universitetin idman sarayında kapoeyra üzrə açıq Bakı kuboku yarışı keçiriləcək.

Yarışa paytaxt və regionlardan 100-dən artıq idmançının qatılacağı gözlənilir.

Turnir Bakı Şəhəri Gənclər və İdman Baş idarəsi və Azərbaycan Kapoeyra Federasiyasının təşkilatçılığı ilə baş tutacaq.

Federasiyanın baş məşqçisi Elgiz Əlizadə bildirib ki, yarışın keçirilməsində məqsəd idmançıların ustalıq səviyyəsini artırmaq və onların yığma komandaya cəlb olunmasını təmin etməkdir. İdmanın bu növünün ölkəmizdə kütləvilşməsinə nail olmaq federasiyanın ən prioritet istiqamətlərindəndir.

Xəbər 262 dəfə oxundu.