Azərbaycan cüdoçuları Avropa kuboku yarışında iştirak edəcəklər
Aprelin 23-24-də Xorvatiyanın Dobrovnik şəhərində cüdo üzrə Avropa kuboku yarışı keçiriləcək.

Turnirdə Azərbaycanın 10 cüdoçusunun iştirakı planlaşdırılır. Belə ki, Nazir Talıbov (60 kq), İsmayıl İbrahimov, Ruslan Paşayev, Elçin Hüseynov (66 kq), Nəriman Mirzəyev (73 kq), Zelim Tçkayev, Hasil Cəfərov (81 kq), Rüfət İsmayılov (90 kq), Adil Kərimli (100 kq), İmran Yusifov (+100 kq) medallar uğrunda mübarizə aparacaqlar.

Turnirdə iştirak etmək üçün 17 ölkədən 170 cüdoçu qeydiyyatdan keçib.

Xəbər 276 dəfə oxundu.