Fərid Nəbiyevin komandası “Viktoriya” Çexiya İkinci Divizionunda növbəti matçına çıxıb
Çexiya İkinci Divizionunda 20-ci turun oyunları keçirilib.

Həmyerlimiz Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.

Komanda doğma meydanda “Vlasim”lə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

F.Nəbiyev bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, “Viktoriya” 21 turdan sonra 11 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Xəbər 269 dəfə oxundu.