Gəncədə cüdo mərkəzinin inşası planlaşdırılır
Azərbaycan Cüdo Federasiyası (ACF) Gəncə şəhərində cüdo mərkəzinin inşasını planlaşdırır.

Bununla əlaqədar federasiya prezidentinin müşaviri Natiq Bağırov və baş katibi Rəşad Rəsullu Gəncə şəhərində olublar. Onlar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb, cüdo mərkəzinin inşası ilə bağlı geniş müzakirələr aparıblar. Görüşdə, həmçinin Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Kamran Məhərrəmov, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Gəncə İctimai İştirakçılıq Məclisinin sədri Müzadil Həsənov da iştirak ediblər.

N.Bayramov Azərbaycan Prezidentinin idmana olan xüsusi diqqət və qayğısından söz açıb. O, qeyd edib ki, cüdo mərkəzinin inşası Gəncə şəhərində bu idman növünün inkişafına təkan olacaq.

Daha sonra federasiya nümayəndələri mərkəzin inşası üçün bir sıra ərazilərə baxış keçiriblər.

Xəbər 275 dəfə oxundu.