Qadınlar arasında şahmat üzrə seçmə turnirdə vahid lider müəyyənləşib
Azərbaycan Şahmat Federasiyasının mənzil-qərargahında keçirilən qadınlar arasında Azərbaycan çempionatına vəsiqə uğrunda seçmə turnir davam edir.


4 turdan sonra FIDE ustası Xatun Bağırova maksimum xalla vahid liderdir. Lalə Hüseynova isə liderdən yarım xal az toplayaraq ikinci yerdə qərarlaşıb. Ləman Hacıyeva və Naxçıvan təmsilçisi Nazlı Hümbətova hərəyə 3 xal əldə edərək 3-4-cü yerləri bölüşürlər.

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən və 7 turdan ibarət olan yarış aprelin 9-da başa çatacaq.

İyirmi şahmatçının iştirak etdiyi seçmə turnirin qalibi qadınlar arasında Azərbaycan çempionatının finalına vəsiqə qazanacaq.

Xəbər 288 dəfə oxundu.