Futbolçumuz Asim Əlizadənin komandası böyük hesablı məğlubiyyətə üzülüb
Futbol üzrə Latviya çempionatında dördüncü turun matçları keçirilib.

Azərbaycanlı yarımmüdafiəçi Asim Əlizadənin formasını geyindiyi “Dauqavpils” də növbəti oyununa çıxıb. Komanda səfərdə “Liepaya” ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:5.

A.Əlizadə də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, dörd turdan sonra 4 xalı olan “Dauqavpils” 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.

Xəbər 264 dəfə oxundu.