“Zirə”nin sabiq futbolçusu karyerasını Estoniyada davam etdirəcək
Bakının “Zirə” klubunun sabiq futbolçusu Velves Santos Ukraynanın “Lvov” komandasından ayrılıb.

Braziliyalı oyunçu cari mövsümün sonunadək icarə əsasında Estoniyanın “Nomme Kalyu” klubunda çıxış edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 21 yaşlı yarımmüdafiəçi bu mövsümün ilk yarısında “Zirə”də icarə əsasında oynamışdı.

Xəbər 263 dəfə oxundu.