Bakı birinciliyində 800-ə yaxın yeniyetmə cudoçu iştirak edəcək
Aprelin 8-10-da Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə kiçik yaşlı (2008-2010-cü il təvəllüdlü idmançılar) yeniyetmə cüdoçuların Bakı birinciliyi keçiriləcək.

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində keçiriləcək yarışda paytaxt Bakının müxtəlif klublarından, cəmiyyət və təşkilatlardan 800-ə yaxın idmançı gücünü sınayacaq.

Üç gün davam edəcək paytaxt birinciliyində oğlanlar 34, 38, 42, 46, 50, 55, 60, 66, 73, +73 kq, qızlar isə 28, 32, 36, 40, 44, 48, 52, 57, 63, +63 kiloqram çəki dərəcələrində yarışacaqlar.

Yarışın əsas məqsədi kiçik yaşlı yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzini formlaşdırmaq, cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaq, eyni zamanda, perspektivli idmançıları müəyyən edərək onları U-18 yeniyetmələrdən ibarət milli yığma komandaya cəlb etməkdir.

Xəbər 335 dəfə oxundu.