FIFA-nın prezidenti dünya çempionatının 3 ildən bir keçirilməsini təklif edib
FIFA-nın prezidenti Canni İnfantino futbol üzrə dünya çempionatının 3 ildən bir keçirilməsini təklif edib.

Bu barədə “The Sun” məlumat yayıb.

C.İnfantino daha əvvəl mundialın 2 ildən bir təşkil olunması fikrini irəli sürmüşdü. Futbol ictimaiyyəti isə bunu narazılıqla qarşılamışdı. Bu dəfə isə isveçrəli funksioner turnirin 3 ildən bir keçirilməsini istəyir.

Onun yeni planına əsasən, ilk il 24 komandadan ibarət klublararası dünya çempionatı, növbəti ildə Avropa çempionatı və Amerika Kuboku kimi qitə birincilikləri, üçüncü ildə isə dünya çempionatının belə formatda təşkil olunması nəzərdə tutulub.

Xəbər 302 dəfə oxundu.