“İnter” sentyabrın 4-də yoldaşlıq oyunu keçirəcək
Gürcüstanda təlim-məşq toplanışını davam etdirən “İnter” sentyabrın 4-də yoldaşlıq oyunu keçirəcək. Bakı təmsilçisi Sxinvali “Spartak”ı ilə qarşılaşacaq.
Qeyd edək ki, “Spartak” Gürcüstanın I dəstəsində mübarizə aparır. Bu klub 2007-ci ildə yaranıb. “Spartak”ın Gürcüstan çempionatında ən yaxşı göstəricisi 2009/10 mövsümündə tutduğu 5-ci yerdi, ölkə kubokunda isə Tsxinvali təmsilçisi bir dəfə 1/2 finala kimi irəliləməyi bacarmışdı.

Xəbər 874 dəfə oxundu.