Xəzər rayonunda Beynəlxalq İdman Günü münasibətilə festival təşkil olunub
Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Beynəlxalq İdman Günü münasibətilə festival təşkil edilib.

Xəzər rayonu 216 nömrəli tam orta məktəbdə təşkil olunan festivalda idmanın müxtəlif növləri - şahmat, karate, kikboksinq, futbol və şən startlar üzrə yarışlar keçirilib.

Tədbirdə Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, 216 nömrəli tam orta məktəbin direktoru Səidə Rəhimova, Azad Həmkarlar İttifaqı Xəzər Rayon Komitəsinin sədri Həzəlxan Əbilov, 5 saylı Uşaq, Gənclər İnkişaf Mərkəzinin inspektoru Mərdan Quliyev və digərləri iştirak ediblər.

Festivalın sonunda tədbir iştirakçılarına Xəzər Rayon Gənclər və İdman İdarəsi tərəfindən sertifikatlar təqdim olunub.

Xəbər 282 dəfə oxundu.