Marneulidə Beynəlxalq İdman Gününə həsr olunmuş şahmat və voleybol turnirləri keçirilib
İnkişaf və Sülh Naminə Beynəlxalq İdman Günü Gürcüstanın Marneuli rayonunda qeyd edilib.

Marneulidə Beynəlxalq İdman Gününə həsr olunmuş şahmat və voleybol turnirləri keçirilib.

Marneulidəki “Çay Evi”nin layihə rəhbəri Emin Əhmədov AZƏRTAC-a bildirib ki, turnirlərin keçirilməsində məqsəd bölgədə idmanı inkişaf etdirmək və gənclərin idmana marağını artırmaqdır.

“Çay Evi”ndə keçirilən şahmat yarışında “Tea House-şahmat” kursunun üzvləri, yeniyetmələr və yaşlı nəslin şahmat həvəskarları iştirak ediblər.

Turnirdə İsmixan Abdullayev birinci, Qasım Əliyev ikinci, Cahangir Bayramov isə üçüncü yerə çıxıblar.

“İnkişaf və Təhsil Mərkəzi” və “Modus” dövlət kollecinin birgə təşkilatçılığı ilə voleybol yarışı keçirilib.

Yarışda “Çay Evi”nin fəal qızlarından ibarət könüllülər ilə voleybol komandası arasında turnir təşkil olunub. “Könüllülər” komandası qalib olub.

Sonda şahmat və voleybol turnirlərinin qaliblərinə mükafatlar təqdim edilib.

Xəbər 281 dəfə oxundu.