Azərbaycan Badminton Federasiyası DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə əməkdaşlığa start verib
Azərbaycan Badminton Federasiyası (ABF) DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə əməkdaşlığa start verib.

Aprelin 6-da əməkdaşlıq çərçivəsində aztəminatlı, qazi və şəhid ailələrinin övladları, fiziki məhdudiyyətli şəxslər badminton oynayıblar.

Milli komandanın baş məşqçisi Morteza Validarvi tərəfindən keçirilən və mütəmadi xarakter daşıyacaq ustad dərslərinin məqsədi badmintona maraq oyatmaq, xüsusi diqqət və qayğıya ehtiyacı olan şəxslərin idmanla məşğul olmasına dəstək nümayiş etdirməkdir.

Xəbər 382 dəfə oxundu.