Kişi basketbolçular arasında Avropa çempionatının seçmə mərhələsində VI turun oyunları baş tutub
Kişi basketbolçular arasında Avropa çempionatının seçmə mərhələsində VI turun oyunları baş tutub. Tur çərçivəsində Azərbaycan millisi Bolqarıstan yığmasının qonağı olub.

Təəssüf ki, Elxan Əliyevin yetirmələri Bakıdakı uğurlarını təkrarlaya bilməyiblər. Bolqarlar yığmamızdan qisas alaraq, 94:77 (26:13 11:18 31:16 26:30) hesablı qələbə qazanıblar. Nəticədə turnir cədvəlində də dəyişiklik olub və rəqib top fərqinə görə 2-ci yerə yüksəlib. Azərbaycan millisi isə yenə 3-cüdür. Lakin bundan sonra ən pis halda mərhələ adlamaq üçün İsveçi Bakıda məğlub etmək lazımdır. Əks halda, komandamız qrupda qala bilər.

Qrupumuzun digər görüşündə Lüksemburq Almaniyanı qəbul edib. Oyun gözlənildiyi kimi qonaqların qələbəsi ilə yekunlaşıb – 67:95 (18:18, 19:31, 12:24, 18:22)

Xəbər 1082 dəfə oxundu.