Millimizin qapıçısı Emil Balayevin çıxış etdiyi Qazaxıstan klubunun baş məşqçisi istefa verib
Millimizin qapıçısı Emil Balayevin çıxış etdiyi Qazaxıstanın “Turan” klubunun baş məşqçisi Vladimir Qazzayev istefa verib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onu bu vəzifədə müvəqqəti olaraq Kuanış Kabdulov əvəz edəcək. V.Qazzayevin ailə məsələlərinə görə klubla müqaviləni qarşılıqlı razılıq əsasında ləğv etdiyi bildirilib.

Qeyd edək ki, millimizin sabiq futbolçusu Vaqif Cavadov “Turan”da məşqçi vəzifəsində işləyir.

Əlavə edək ki, “Turan” bu mövsüm Qazaxıstan Premyer Liqasında keçirdiyi 3 görüşdən 1 xal toplayıb və hazırda 14 komanda arasında 13-cü yeri tutur.

Xəbər 256 dəfə oxundu.