“Atletik” cari mövsüm Avropada ilin peşəkar klubu seçilib
UEFA “Grassroots Football Awards”ın 2021-2022-ci illər mövsümü üçün Avropada ilin peşəkar klubu mükafatının sahibini açıqlayıb.

Futbol qurumu bu mükafata İspaniya klubu “Atletik”i layiq görüb.

“Atletik” klubu cəmiyyətdəki roluna sadiqliyini nümayiş etdirən sosial tapşırığın icrasına görə bu mükafata layiq görülüb.

Eyni zamanda, qiymətləndirmədə klubun gənc oyunçularla apardığı böyük iş və qurulmuş bütün məşq sistemi nəzərə alınıb.

Bilbao şəhər təmsilçisinin mükafata layiq görülməsi ilə bağlı UEFA prezidenti Aleksander Çeferin də fikirlərini bildirib: “UEFA “Grassroots” mükafatlarının qaliblərini seçmək xoş və ruhlandırıcı işdir. O bütün qitədəki milli assosiasiyaların və klubların idmandan böyük təsirini və diqqətəlayiq layihələrini əhatə edir”.
“Grassroots Football Awards” mükafatı 2010-cu ildən təqdim olunur.

Xəbər 539 dəfə oxundu.