ABŞ-ın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə şahmatçılarla görüş keçirilib
ABŞ-ın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan Şahmat Federasiyasının baş katibi İlahə Qədimova və ikiqat Azərbaycan çempionu Günay Məmmədzadə ilə görüş keçirilib.

Beynəlxalq qrosmeysterlər şahmatın onların həyatındakı önəmli rolundan söhbət açıb, karyeraları barədə danışıblar. Qonaqlar şahmatla maraqlanan xanımlara lazımi tövsiyələrini verib və tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.

Xəbər 248 dəfə oxundu.