Aprel döyüşlərinə həsr olunmuş mini-futbol turniri keçirilib
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə Aprel döyüşlərinə həsr olunmuş məktəblilər arasında mini-futbol turniri keçirilib.

Mini-futbol turnirinin nəticəsinə əsasən 83 saylı məktəb-liseyin komandası birinci yeri, 297 saylı tam orta məktəbin komandası ikinci yeri, 217 saylı tam orta məktəbin komandası isə üçüncü yeri tutublar.

Qaliblərin mükafatlandırılması mərasimində əvvəlcə Aprel döyüşlərində qəhrəmanlıq göstərərək şəhid olan hərbçilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Sonra Binəqədi Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları Elvin Quliyev və Sahil Hüseynzadə tərəfindən qaliblərə müxtəlif dərəcəli medal və diplomlar təqdim edilib.

Xəbər 260 dəfə oxundu.