“Səbail” Premyer Liqada 50-ci səfər qolunu vurub
“Səbail” Premyer Liqada 50-ci səfər qolunu vurub. Bu, XXI turun “Qarabağ”la matçına təsadüf edib. Bakı klubunun 1:5 hesabı ilə uduzduğu görüşdə vurulan yeganə top rəqib meydanlarındakı 50-ci qol olub.

Bu topa penaltidən fərqlənən Nikolas Raysel imza atıb. “Səbail” səfərdəki 50-ci qolu 62-ci oyunda vurub.
“Qarabağ”la görüşdə buraxılan ilk top isə paytaxt klubunun səfərdə öz qapısında gördüyü 100-cü qol olub. Bakı təmsilçisi ümumilikdə 62 səfər oyununda 104 dəfə rəqibin fərqlənməsinə şahid olub.

Xəbər 253 dəfə oxundu.