Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında üçüncü dövrəyə yekun vurulub
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında üçüncü dövrəyə yekun vurulub.

XV tura təsadüf edən matçlarda “Neftçi” klubu “Murov”, “Sərhədçi” komandası isə MOİK ilə qarşılaşıb.
“Murov” klubu “Neftçi”yə 3:0 (20:25, 23:25, 20:25) hesabı ilə qalib gələrək xallarını 32-yə çatdırıb və turnir cədvəlində ilk pillədəki mövqeyini möhkəmləndirib. Hazırda liderin ən yaxın izləyicisi olan “Neftçi”nin 28 xalı var.

Günün ikinci oyununda isə MOİK “Sərhədçi”ni eyni hesabla məğlub edib – 3:0 (12:25, 14:25, 19:25). Bu qələbədən sonra MOİK 21 xalla turnir cədvəlində üçüncü pillədəki yerini qoruyub. Üç xalı olan "Sərhədçi" isə sonuncu - beşincidir.
Hər iki oyun “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilib.

Xəbər 278 dəfə oxundu.