Azərbaycanın Xorvatiyadakı səfiri boccia idman növü üzrə millimizin üzvləri ilə görüşüb
Boccia idman növü üzrə millimiz Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən “Intercontinental Challenger” çempionatında iştirak edir.

Azərbaycanın Xorvatiyadakı fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov Azərbaycan Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə komandanın üzvləri ilə görüşüb.

Görüş zamanı F.Qurbanov idmançılar üçün yaradılmış şəraitlə tanış olub, onların hazırlığı ilə maraqlanaraq uğurlar arzulayıb.

Qeyd edək ki, “Intercontinental Challenger” çempionatı “Paris-2024” XVII Yay Paralimpiya Oyunlarına lisenziya xalı qazandırır.

Xəbər 274 dəfə oxundu.