Cüdoçularımız Antalyada keçirilən təlim-məşq toplanışına qatılıblar
Azərbaycan millisi beynəlxalq turnirlərə hazırlıq məqsədi ilə aprelin 4-də Türkiyənin Antalya şəhərində start götürən cüdo üzrə təlim-məşq toplanışına qatılıb.

Ayın 10-dək davam edəcək təlim-məşq toplanışında Antalyada aprelin 1-3-də keçirilmiş “Böyük dəbilqə” turnirinin iştirakçıları ilə yanaşı, Azərbaycan yığma komandasının digər üzvləri də iştirak edirlər. Hazırlığa, ümumilikdə qadınlardan və gənc qızlardan ibarət yığmanın heyətində 34, kişilərdən və gənc oğlanlardan ibarət komandanın heyətində isə 54 idmançı qatılıb.

Komandamızın təlim-məşq toplanışında iştirakında əsas məqsəd idmançılarımızın fiziki və taktiki-texniki hazırlıq mərhələlərini keçərək bacarıqlarını təkmilləşdirmək, yaxın gələcəkdə beynəlxalq turnirlərdə yüksək nəticə əldə etməkdir.

Qeyd edək ki, Azərbaycanın milli komandası aprelin 29–dan mayın 1-dək Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatında iştirak edəcək.

Xəbər 269 dəfə oxundu.