Azərbaycanın FIFA referisi Əliyar Ağayev Yunanıstan Super Liqasında daha bir oyunu idarə edib
Azərbaycanın FIFA referisi Əliyar Ağayev Yunanıstan Super Liqasında daha bir oyunu idarə edib.

O, Super Liqanın çempionluq qrupunun 3-cü turunda ötən gün keçirilən “Olimpiakos” – AEK oyununun baş hakimi olub.

Ə.Ağayev 1:1 hesabı ilə başa çatan matçda hər komandadan 1 futbolçuya sarı vərəqə göstərib.

Qeyd edək ki, Ə.Ağayev artıq 2019-cu ildən Yunanıstan Super Liqasının bir neçə oyununa təyinat alıb.

Xəbər 270 dəfə oxundu.