Renat Dadaşovun komandası Portuqaliya çempionatında növbəti qələbəsini qazanıb
Futbol üzrə Portuqaliya çempionatında 28-ci turun oyunları keçirilib. Azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.

“Tondela” səfərdə “Maritimo” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:1.

R.Dadaşov bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

Hazırda 25 xalı olan “Tondela” 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.

Xəbər 258 dəfə oxundu.