“Qarabağ” 80-ci böyük hesablı ev qələbəsini qazanıb
“Qarabağ” Azərbaycan çempionatlarında 80-ci böyük hesablı ev qələbəsini qazanıb.

Bu, Premyer Liqanın XXI turuna təsadüf edib.

“Köhlən atlar” “Səbail”ə 5:1 hesabı ilə qalib gəlib. Ağdam təmsilçisi 1992-ci ildən təşkil olunan yarışda bunadək 79 ev görüşündə 3 və ya daha çox top fərqi ilə qələbə qazanmışdı.

“Qarabağ”ın evdəki ilk belə qələbəsi 1992-ci ilə təsadüf edib. Mayın 6-da keçirilmiş II tur qarşılaşmasında Ağdam komandası Kürdəmir “Şirvan”ını 6 cavabsız qolla məğlubiyyətə uğradıb.

Qeyd edək ki, ötən tur “Zirə”ni rəqib meydanında 3:0 hesabı ilə yenən “Qarabağ” səfərdə 40-cı dəfə böyük hesablı qələbəyə sevinib.


Xəbər 250 dəfə oxundu.