Azərbaycan – Farer adaları oyununun hakimləri açıqlanıb
On doqquz yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsinin ikinci raundu çərçivəsində Farer adaları ilə keçirəcəyi oyunun hakimləri açıqlanıb.

Matçın baş hakimi estoniyalı Triinu Laos olacaq. Ona Anni Koppel (Estoniya) və Viktoriya Finlay (Şimali İrlandiya) kömək edəcəklər. Dördüncü hakim funksiyasını şimali irlandiyalı Ben Makmaster yerinə yetirəcək.

Matç aprelin 6-da Şimali İrlandiyanın Larne şəhərindəki “İnver Park”da keçiriləcək.

Oyun Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Xəbər 252 dəfə oxundu.