Azərbaycan triatlonçusu Rostislav Pevtsov Avropa kuboku yarışlarında 8-cı olub
Azərbaycan triatlonçusu Rostislav Pevtsov İspaniyanın Melilla şəhərində keçirilən Avropa kuboku yarışlarında 8-cı olub.

Azsport.az Azərbaycan Triatlon Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, təmsilçimiz 69 idmançının mübarizə apardığı yarışı 48 dəqiqə 1 saniyəlik nəticə ilə başa vurub.

R.Pevtsov 750 metrlik su məsafəsini 6 dəqiqə 20 saniyəyə qət edib. Ardınca idmançımız 20 kilometrlik velodistansiyanı 25 dəqiqə 55 saniyəyə başa vurub. Nəhayət, yarışların sonuncu mərhələsi - 5 kilometrlik qaçış zolağını təmsilçimiz 15 dəqiqə 7 saniyə nəticə ilə tamamlayıb.

Hazırda R.Pevtsov İspaniyada təlim-məşq toplanışını davam etdirir.

Xəbər 259 dəfə oxundu.