Cüdoçumuz Elmar Qasımov “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb
Antalyada keçirilən “Böyük dəbilqə” turnirində cüdoçumuz Elmar Qasımov bürünc medal qazanıb.

100 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz bürünc medal uğrunda qarşılaşmada Kyle Reyesi (Kanada) məğlub edib.

Qeyd edək ki, Azərbaycan turnirdə 17 idmançı ilə təmsil olunub.

Xəbər 332 dəfə oxundu.