Azərbaycan yunan-Roma güləşində də Avropa çempionu oldu
Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə Avropa çempionatında Azərbaycan yunan-Roma güləşi üzrə komanda hesabında qitə birincisi oldu.

Çempionatın sonuncu günündə Olimpiya mükafatçımız, dünya çempionu Rafiq Hüseynov 82 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək qitə çempionluğuna yüksəldi.

Digər güləşçilərimiz Ülvü Qənizadə (72 kq), Həsrət Cəfərov (67 kq) və Murad Məmmədov (60 kq) Avropa çempionatının bürünc medallarını qazandılar.

Xatırladaq ki, dünən də komandamız 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanmışdı. Ümumi nəticədə Azərbaycan 165, Türkiyə 150, Gürcüstan isə 114 xal toplayıb.

Bununla da, sərbəst güləşçilərimizin uğurunu təkrarlayan yunan-Roma komandamız da Avropa birincisi oldu.

Xəbər 571 dəfə oxundu.