Dubayda qılıncoynatmanın sablya növü üzrə yeniyetmələr arasında qaliblər müəyyənləşib | |
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində qılıncoynatmanın sablya növü üzrə dünya birinciliyinin ikinci yarış günündə yeniyetmə oğlan və qızların şəxsi mübarizəsində qaliblər müəyyənləşib. Azərbaycan Qılıncoynatma Federasiyasından AZƏRTAC-a bildiriblər ki, qızların şəxsi mübarizəsində qrup mərhələsini 3 qələbə ilə başa vuran Zərifə Hüseynova turnirin 8 ən güclü sablyaçısı sırasına yüksəlib. Zərifə pley-offda amerikalı Lola Possik (15:8), bolqar Emma Neikova (15:4) və italyan Martina Giancolaya (15:14) qalib gəlib. Ötən il keçirilən dünya birinciliyinin yeniyetmələr arasında bürünc medalçısı olan Zərifə Hüseynova yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə ABŞ təmsilçisi Alexandra Manqaya 7:15 hesabı ilə uduzub. Qrup mərhələsində 5 qələbə qazanan Ayxan Xasıyev 32-liyə yüksəlmək uğrunda keçirilən pley-off görüşündə ukraynalı Dmitri Kolobayevə 8:15 hesabı ilə məğlub olub. |
|
Xəbər 344 dəfə oxundu. |
|
|