Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub
Aprelin 3-də futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub.

ünün ikinci matçında "Neftçi" "Zirə"ni qəbul edib.

"Bakcell Arena"dakı qarşılaşma 1:1 hesabı ilə bitib. "Zirə"nin qolunu 88-ci dəqiqədə Ahmed Ayzaya vurub. Meydan sahiblərində isə Tiaqo Bezerra 90+5-ci dəqiqədə penaltidən fərqlənib.

59-cu dəqiqədə "qartallar"ın heyətində Coşqun Diniyev ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Matçın 77-ci dəqiqəsində isə "Neftçi"də Eddi İsrafilov eyni aqibəti yaşayıb.
Qeyd edək ki, günün ilk qarşılaşmasında "Qəbələ" evdə "Keşlə" ilə heç-heçə edib - 1:1. İlk oyun günündə "Qarabağ" evdə "Səbail"ə 5:1, "Sabah" səfərdə "Sumqayıt"a 3:0 hesabı ilə qalib gəlib

Xəbər 264 dəfə oxundu.