Bakıda “Sağlam həyat” günləri keçiriləcək
Aprelin 6-dan 10-dək Bakıda “Sağlam həyat” günləri keçiriləcək. 6 Aprel - Beynəlxalq İdman Günü çərçivəsində Bakı Bulvarında təşkil ediləcək tədbirdə 10 müxtəlif yaş qrupu üzrə hər kəs iştirak edə bilər.

İştirakçılar müəyyən olunmuş idman normativlərini yerinə yetirməklə öz fiziki bacarıqlarını sınayacaqlar. Onlara göstərdikləri nəticələrə müvafiq olaraq “qızıl”, “gümüş” və “bürünc” sertifikatlar təqdim ediləcək.

Gənclər və İdman Nazirliyi hər kəsi bu maraqlı və faydalı idman tədbirində fəal iştirak etməyə dəvət edir.

Xəbər 401 dəfə oxundu.