FIDE Qran-Pri seriyasının üçüncü mərhələsi: Hikaru Nakamura Uesli So ilə ikinci görüşü keçirəcək
Almaniyanın paytaxtı Berlin şəhərində şahmat üzrə FIDE Qran-Pri seriyasının üçüncü mərhələsinin final oyunları davam edir.
AZƏRTAC xəbər verir ki, həlledici mərhələdə ABŞ təmsilçiləri Hikaru Nakamura və Uesli So mübarizə aparırlar.

Bu gün şahmatçılar ikinci görüşü keçirəcəklər.
Qeyd edək ki, birinci görüşdə heç-heçə qeydə alınıb.

Yarışın əsasnaməsinə görə, final iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.

Xatırladaq ki, Hikaru Nakamura Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovu, Uesli So isə iranlı Amin Tabatabayini məğlub edərək finala yüksəliblər.

Turnirə aprelin 4-də yekun vurulacaq.

Xəbər 255 dəfə oxundu.