Bakıda kişi və qadın idman gimnastikası üzrə dünya kuboku yarışları sona yaxınlaşır
Bakıda kişi və qadın idman gimnastikası üzrə dünya kuboku yarışları sona yaxınlaşır.

Turnirin sonuncu günündə - aprelin 3-də kişilər arasında dayaqlı tullanma, dəstəli at, turnik, qadınların mübarizəsində isə gimnastika tiri və sərbəst hərəkətlər üzrə qaliblər müəyyənləşəcək.

Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil etdiyi dördüncü beynəlxalq yarışda 34 ölkədən 145 idmançı qüvvəsini sınayır.
Azərbaycan təmsilçilərindən Nikita Simonov dünya kubokunda halqalarla yarışda bürünc medal qazanıb.

Ən güclü idmançıların çətin və əzmli mübarizəsinin canlı şahidi olmaq istəyən tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti 7 manat təşkil edir. Yarışlarda tamaşaçı qismində iştirak edəcək şəxslər etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatına və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədə, COVID-19-a qarşı peyvənd əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatına (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) malik olmalıdırlar.

Xəbər 299 dəfə oxundu.