Bakıda keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarına yekun vurulub
Bakıda keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarına yekun vurulub.

Son olaraq Milli Gimnastika Arenasında kişilər arasında turnik üzrə qaliblər müəyyənləşib.

Çıxışına görə hakimlərdən 14 xal alan Böyük Britaniya idmançısı Co Frayzer bütün rəqiblərini qabaqlayıb.

Avstraliya təmsilçisi Mitçell Morqans 13,966 xalla gümüş, ukraynalı İlya Kovtun 13,866 xalla bürünc medala sahib olublar.

Sonuncu qalib müəyyənləşdikdən sonra mükafatlandırma mərasimi təşkil olunub.

Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil etdiyi dördüncü beynəlxalq yarışda 34 ölkədən 145 idmançı qüvvəsini sınayıb.
Dörd gün davam edən turnirdə Azərbaycan təmsilçilərindən Nikita Simonov halqalarla yarışda bürünc medal qazanıb.

Xəbər 254 dəfə oxundu.