Dünya çempionatının final mərhələsinin püşkü atılacaq
Aprelin 1-də bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinin püşkü atılıb.

Püşkatma Qətərin paytaxtı Dohada keçirilib.
Püşkü dünya futbolunun tanınmış simalarının yer aldığı səkkiz veteran oyunçu çəkib. Onların arasında İran millisinin Azərbaycan əsilli sabiq hücumçusu Əli Daei də var.

Digər yeddi nəfər isə Adel Ahmed Malallah (Qətər), Bora Milutinoviç (Serbiya), Kafu (Braziliya), Cey-Cey Okoça (Nigeriya), Lotar Matteus (Almaniya), Rabah Macer (Əlcəzair) və Tim Keyhil (Avstraliya) kimi keçmiş futbolçulardır.

Püşkatmada əsasən aşağıdakı komandalar qarşılaşacaq:

A qrupu: Qətər, Ekvador, Seneqal, Niderland
B qrupu: İngiltərə, İran, ABŞ, Şotlandiya / Ukrayna - Uels cütünün qalibi
C qrupu: Argentina, Səudiyyə Ərəbistanı, Meksika, Polşa
D qrupu: Fransa, Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya - Peru cütünün qalibi, Danimarka, Tunis
E qrupu: İspaniya, Yeni Zelandiya - Kosta-Rika cütünün qalibi, Almaniya, Yaponiya
F qrupu: Belçika, Kanada, Mərakeş, Xorvatiya
G qrupu: Braziliya, Serbiya, İsveçrə, Kamerun
H qrupu: Portuqaliya, Qana, Uruqvay, Cənubi Koreya

Dünya çempionatının təqvimi matçların stadionları və başlama saatları bilinəndən sonra təsdiqlənəcək. Hazırda mundialın final mərhələsinin 29 iştirakçısı məlumdur. Pley-of mərhələsində daha üç komandanın adına iyunda aydınlıq gələcək.

Avropa zonası üzrə Şotlandiya-Ukrayna oyununun qalibi finalda Uelslə üz-üzə gələcək. Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya cütünün qalibi Peru ilə, Yeni Zelandiya isə Kosta-Rika ilə görüşəcək.
Qeyd edək ki, dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.

Xəbər 267 dəfə oxundu.