Türkiyədən Finlandiyaya
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinə hazırlığının son mərhələsini Türkiyədə keçəcək. İdman.comt.az saytının məlumatına görə, artıq bu məqsədlə yığmamız İstanbula yollanıb.

Voleybolçularımızın burada yoxlama matçı da keçirəcəyi gözlənir. Qeyd edək ki, yığmamız Türkiyədən birbaşa qrup mərhələsinin ilk dövrəsinin keçiriləcəyi Finlandiyaya gedəcək.

Xəbər 906 dəfə oxundu.