Son oyunda heç-heçə
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda hazırlıq keçən Rusiyanın “Uraloçka” klubu ilə 4-cü yoxlama matçını keçirib. İdman.com.az saytının məlumatına görə, Faiq Qarayevin komandası bu dəfə qələbə qazanmağı bacarıblar.

Belə ki, voleybolçularımız ilk oyunda 3:1 hesabı ilə qalib gəlsə də, ardından 1:3 və 2:3 hesablı məğlubiyyətə üzülmüşdü. Lakin 4-cü oyunda komandamız rəqibi üzərində 3:2 hesabı ilə qələbə qazanıb və həm matçın, həm də setlərin hesabını bərabərləşdirib. Bununla da “Uraloçka” Bakını “sülhlə” tərk edir.

Xəbər 925 dəfə oxundu.