Sərbəst güləşçilərimiz Avropa çempionatını 7 medalla başa vurublar
Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında sərbəst güləş üzrə yarışlara yekun vurulub.

Azərbaycan güləşçiləri qitə birinciliyini 7 medalla başa vurublar.

Çempionatda Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) və Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) isə bürünc medal qazanıblar.

Xəbər 277 dəfə oxundu.