Bakıda uşaqlar arasında "Olympic Hopes 2022" beynəlxalq karate turniri keçiriləcək
Avqustun 27-28-də Bakıda uşaqlar arasında "Olympic Hopes 2022" beynəlxalq karate turniri keçiriləcək.

Uşaqlar arasında ilk dəfə təşkil ediləcək böyükmiqyaslı yarış Dünya Karate Federasiyasının (WKF) təqviminə daxil edilib. Yarış ərəfəsində tanınmış Azərbaycan karateçilərinin iştirakı ilə seminarın təşkili də nəzərdə tutulub. Turniri idarə etmək üçün bir neçə ölkədən beynəlxalq hakimlər dəvət ediləcək.

Xəbər 330 dəfə oxundu.